Almaniya millisi DÇ-nin ən çox qol vuran komandası oldu
Almaniya yığması dünya çempionatları tarixində vurulan qolların sayına görə yeni rekorda imza atıb. “Qafqazinfo” xəbər verir ki, Julian Naqelsmannın rəhbərlik etdiyi Almaniya millisi Kurasao yığması üzərində 7:1 hesablı qələbə qazanaraq ümumi qol sayını 239-a çatdırıb. Beləliklə, almanlar Braziliya millisini bir qol qabaqlayaraq dünya çempionatları tarixinin ən məhsuldar komandası olublar. Braziliyanın hesabında 238 qol var.

Şərh verin