Sabah oyuna çıxacaqlar — ABŞ-yə gələ bilmirlər
Uruqvay milli komandası dünya çempionatının ilk turunun oyunu üçün ABŞ-yə gələ bilmir. “Qafqazinfo” xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb. Buna səbəb isə komandanın bəzi sənədləri itirməsidir. Hazırda Meksikada məskunlaşan uruqvaylılar ABŞ-yə uça bilmir. Onlar sabah Səudiyyəti Ərəbistanı yığması ilə qarşılaşacaqlar. Matç Bakı vaxtilə saat 02:00-da başlayacaq. Lakin Uruqvay yığması hələ də matçın keçiriləcəyi şəhərə gəlməkdə problem yaşayır. Artıq ölkənin Futbol Federasiyası bunun üçün FİFA-ya müraciət edib.

Şərh verin