Norveç şahzadəsinin oğlu həbs edildi - FOTO

Norveç kral ailəsi ilə bağlı qalmaqallı məhkəmə işi yekunlaşıb. Milli.Az xəbər verir ki, Marius Borg Hoiby iki təcavüz ittihamı üzrə təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. Oslo Rayon Məhkəməsinin qərarına əsasən, 29 yaşlı Hoiby iki qadına qarşı törədilmiş cinsi zorakılıq hadisələrinə görə məhkum olunub. Bununla yanaşı, o, digər iki təcavüz ittihamı üzrə bəraət qazanıb. Prokurorluq onun üçün 7 il 7 ay həbs cəzası tələb etsə də, məhkəmə daha yüngül hökm çıxarıb. Müdafiə tərəfinin qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir. Qeyd edək ki, Hoiby Norveç vəliəhd şahzadəsi Mette-Maritnin oğludur. O, kral ailəsində böyüsə də, rəsmi olaraq kral ailəsinin üzvü hesab edilmir. Hadisə Norveçdə geniş rezonans doğurub. Fidan