Kanoeçimiz ikinci qızıl medalını qazandı — Foto

Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən kayak və kanoe üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Boqdan Kurudz növbəti uğura imza atıb. “Qafqazinfo” xəbər verir ki, “Masters” kateqoriyasında (35–39 yaş) çıxış edən idmançımız birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xatırladaq ki, bu, Boqdan Kurudzun eyni çempionatda qazandığı ikinci qızıl medaldır. Kanoeçimiz iki gün əvvəl birnəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışda da Avropa çempionu olmuşdu.