“Hitler” Almaniyanın matçında peyda oldu — Foto
Almaniyanın Kürasaonu 7-1 hesabı ilə məğlub etdiyi matç zamanı tribunada qeyri-adi bir görüntü diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, oyunun gedişində bir azarkeşin 1933-1945-ci illərdə Almaniyaya rəhbərlik etmiş nasist lider Adolf Hitlerə bənzər xarici görünüşdə olduğu müşahidə edilib. Sözügedən şəxs kameralar tərəfindən qısa müddət görüntülənib və bu kadrlar sosial mediada müzakirələrə səbəb olub.

Şərh verin