Efiopiyada ağır qəza: 28 nəfər öldü

Efiopiyanın Amhara regionunda sərnişin avtobusunun dərəyə aşması ağır faciə ilə nəticələnib. Milli.Az "Reuters"ə istinadən xəbər verir ki, hadisə zamanı azı 28 nəfər həyatını itirib. Qəza nəticəsində çox sayda sərnişin də ağır yaralanıb. Hazırda hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.