Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Milli.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı mesajda Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərini vurğulayaraq, iki ölkənin "bir millət, iki dövlət" prinsipi ilə bir-birinə bağlı olduğunu qeyd edib. Ərdoğan təbrikində bütün azərbaycanlılara Türkiyə xalqının salam və xoş arzularını çatdırıb.

Şərh verin