Kanaldan 39 yaşlı kişi meyiti tapıldı — Fotolar+Yenilənib

Tovuz rayonunda su kanalında meyit tapılıb. “Qafqazinfo” xəbər verir ki, Düz Cırdaxan ərazisindən keçən su kanalından 1987-ci il təvəllüdlü Sərxan Dəmirovun meyiti aşkar edilib. Adıçəkilən şəxsin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon Bölməsinə aparılıb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb. *** Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində bir nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub: “Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. Dalğıclar tərəfindən 1987-ci il təvəllüdlü Dəmirov Sərxan Qüdrət oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır”. Yunis Quliyev