Su hövzələrində qanunsuz balıq tutanlar yaxalandı - Sentyabradək qadağandır
Mayın 1-dən iyunun 11-dək ölkənin müxtəlif su hövzələrində qanunsuz balıq ovu ilə bağlı reydlər həyata keçirilib. Milli.Az xəbər verir ki, Mingəçevir su anbarı, Kür çayının Samux rayonu ərazisindən keçən hissəsi, Yevlaxın Xanabad kəndi istiqaməti, eləcə də Xəzər dənizinin Pirallahı və Salyan sahillərində aparılan yoxlamalar zamanı bir sıra faktlar aşkarlanıb. Reydlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub, inzibati protokollar tərtib edilib. Bir fakt üzrə isə materiallar cinayət tərkibi yarandığı üçün aidiyyəti qurumlara göndərilib. Qeyd olunur ki, ölkə ərazisində balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli ov mayın 1-dən sentyabrın 1-dək qadağandır və bu müddətdə nəzarət tədbirləri gücləndirilir.

Şərh verin