1 yaşlı uşaq qızdırmadan öldü — Yenilənib

Şəmkirdə azyaşlı qızdırmadan ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2025-ci il təvəllüdlü Mehdi Sənan oğlu Əzimov 5 gün davam edən yüksək hərarətdən sonra xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. *** Sorğumuza cavab olaraq TƏBİB-dən bildirilib ki, 15.06.2026-cı il tarixində saat 15:20 radələrində 1 yaşlı uşaq bioloji ölüm vəziyyətində Şəmkir Təcili Tibbi Yardım Bölməsinə gətirilib. Baş vermiş hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.