İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyunun 17-19-da hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Milli.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, qeyd olunan günlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bildirilib ki, ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin