Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
Tovuz rayonunda bədbəxt hadisə baş verib. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndi ərazisindən keçən çayda qeydə alınıb. Məlumata görə, Ağdam rayon sakini, 2004-cü il təvəllüdlü İlham Şirinov çayda çimərkən suda batıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb olunub. Hazırda batdığı bildirilən şəxsin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin