Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi oldu

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlanıb. “Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Cavid Hüseynov təyin edilib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, C. Hüseynov məşqçi kimi “Şamaxı” klubunda fəaliyyətə başlayıb. “Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.