44 yaşlı usta emalatxanada öldü
Bakıda usta işlədiyi emalatxanada ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 15-də saat 16 radələrində Binəqədinin Xocəsən qəsəbəsində yerləşən taxta emalatxanasında qeydə alınıb. Orada çalışan 1982-ci il təvəllüdlü Ağsu sakini – Balakişi Hacıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. İlkin ehtimala görə, o, ürək çatışmazlığından vəfat edib. Faktla bağlı araşdırmalar aparılır.

Şərh verin