25 il sonra doğulduğu evə getdi — Foto

Türkiyəli aktyor Ozan Akbaba 25 il sonra doğulduğu Benliahmet kəndindəki evə gedib. “Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı “Instagram” hesabında paylaşım edib. “25 il sonra, doğulduğum evdə… Havası, küləyi, səsi eynidir. Arxa bağçasının otları, çiçəkləri eynidir, qoxuları eynidir. Qəribə bir hissdir. Böyümüşəm, nələr görmüşəm, nə fırtınalardan keçmişəm, nə qorxular, nə kədərlər, nə sevinclər yaşamışam, boya-başa çatmışam, amma çiçəklərin üzərinə düşən kölgəm eynidir. Çünki düşünürəm ki, mən çox dəyişmiş olsam da, çiçəklər heç dəyişməyib, yaxşı ki də dəyişməyib… Şanslıyam”, - paylaşımda deyilir. Xatırladaq ki, O.Akbaba “Uzak şehir”də Cihan obrazına həyat verir.