187 sərnişin qoxudan şikayət etdi, təyyarə geri döndü — ABŞ-də
“Delta Air Lines” reysi ilə uçan sərnişinlər göyərtədəki qəribə qoxudan şikayətləndikdən sonra təyyarə ABŞ üzərində geri dönüb. “Qafqazinfo” xəbər verir ki, bu haqda “Daily Star” məlumat yayıb. Hadisə iyunun 11-də Orlandodan Detroyta uçan təyyarədə baş verib. 187 sərnişini daşıyan təyyarə sonda Şarlotta eniş edib. “Müştərilərimizin təhlükəsizliyindən daha vacib heç nə yoxdur. Bu təcrübəyə və gecikmələrə görə üzr istəyirik”, - “Delta” açıqlamasında bildirib. Enişdən sonra sərnişinlər mehmanxanaya yerləşdirilib, təyyarə baxışa göndərilib. Qəribə qoxunun səbəbi məlum deyil.

Şərh verin