“Nazlı Ana” Fondu Ümumdünya Qan Donoru Günündə təltif olundu — Fotolar
Ölkəmizdə xeyriyyəçilik ənənələrinin təbliği məqsədilə fəaliyyət göstərən “Nazlı Ana” Xeyriyyə Təşkilatı müxtəlif sosial layihələrlə yanaşı, könüllü qan donorluğunun təşviqi istiqamətində həyata keçirilən aksiyalarda da fəal iştirak edir. “Qafqazinfo” xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən Ümumdünya Qan Donoru Günü münasibətilə təşkil olunan təltifetmə mərasimində qan donorluğunun inkişafına töhfə verən qurum və şəxslər mükafatlandırılıb. Tədbirdə “Nazlı Ana” Xeyriyyə Təşkilatı könüllü qan donorluğunun təşviqi, cəmiyyət sağlamlığına həssas yanaşması və bu sahədə həyata keçirdiyi sosial təşəbbüslərə görə xüsusi mükafata layiq görülüb. Qeyd edək ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Nazlı Ana” Fondunun təşkilatçılığı, Respublika Qan Bankı və “Azera Holding”in iştirakı ilə genişmiqyaslı qanvermə aksiyası keçirilib. Talassemiya, hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək məqsədilə keçirilən aksiyada “Nazlı Ana” Fondunun və “Azera Holding”in ümumilikdə 300 nəfərdən çox əməkdaşı fəal iştirak edib.

Şərh verin