Sabah Abşeron çimərliklərində dəniz suyu 21-24 dərəcə isti təşkil edəcək
Abşeron çimərliklərində sabah müşahidə olunacaq hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-də Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında isə küləyin istiqaməti dəyişərək cənub-şərq küləyi ilə əvəz olunacaq. Şimal istiqamətli çimərliklərdə - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada havanın temperaturunun 21-22 dərəcə isti olacağı gözlənilir. Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda temperaturun 23-24 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin