“Sabah”ın ikinci mərhələdəki rəqibi bəlli oldu — Yenilənib
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki rəqibinin adı bu gün bəlli olacaq. “Qafqazinfo” xəbər verir ki, bu mərhələnin püşkü İsveçrənin Nyon şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Artıq Azərbaycan təmsilçisinin potensial rəqiblərinin sayı azalıb. Bu barədə UEFA-nın saytı məlumat yayıb. Səpələnməmişlər səbətində yer alan “Sabah” 1-ci mərhələdə TNS-si (Uels) keçərsə, aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq: - “Srvena Zvezda” (Serbiya); - “Lex” (Poznan, Polşa); - “Floriana" (Malta) - “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi; - “Vardar” (Şimali Makedoniya) - “Kups” (Finlandiya) cütünün qalibi; - “Jalqiris” (Litva) - “Drita” (Kosovo) cütünün qalibi; - “Linkoln” (Cəbəllütariq) - “İnter” (Eskaldes, Andorra) cütünün qalibi. Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda keçiriləcək. *** “Sabah”ın rəqibi bəlli olub. Masazır təmsilçisi “Vardar” (Şimali Makedoniya) – KuPS (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq. *** “Sabah” Çempionlar Liqasında TNS-ə məğlub olarsa, Konfrans Liqasında “Flora Tallin” (Estoniya) – “İberiya” Gürcüstan cütünün məğlubu ilə qarşılaşacaq.

Şərh verin