Fransa millisi dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
Fransa milli futbol komandası dünya çempionatının qrup mərhələsində Seneqal komandasını 3-1 hesabı ilə məğlub edib. Görüş ABŞ-nin İst-Raterford şəhərindəki "MetLife" stadionunda baş tutub. Qalib komandanın heyətində qolları Kilian Mbappe (66-cı və 90+6-cı dəqiqələr) və Bredli Barkola (82) vurub. Məğlub komandada İbrahima Mbaye (90+5) fərqlənib. Fransa komandası üç xal toplayaraq I qrupunda birinci yerdə qərarlaşıb. Norveç və İraq da bu qrupda yer alır. ----------- DÇ-2026-nın I qrupunda keçiriləcək Fransa - Seneqal oyunu üçün heyətlər müəyyənləşib. Milli.Az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça aşağıdakı futbolçularla çıxacaqlar: Fransa: 16 Mayk Menyan, 4 Dayot Upamekano, 5 Jül Kunde, 17 Vilyam Saliba, 19 Teo Ernandes, 8 Orelien Tçuameni, 14 Adrien Rabio, 7 Usman Dembele, 10 Kilian Mbappe, 11 Maykl Olise, 20 Dezire Due Ehtiyat oyunçular: 1 Bris Samba, 23 Robin Risser, 2 Malo Qusto, 3 Lukas Din, 15 İbrahima Konate, 21 Lukas Ernandes, 26 Maksans Lakrua, 6 Manu Kone, 13 Nqolo Kante, 18 Varren Zair-Emeri, 24 Rayan Şerki, 25 Maqnes Akliuş, 9 Markus Türam, 12 Bredli Barkola, 22 Jan-Filip Mateta Seneqal: 16 Eduar Mendi, 3 Kalidu Kulibali, 15 Krepin Diatta, 19 Mussa Niakate, 25 Əl-Hacı Malik Diuf, 5 İdrissa Qana Qey, 8 Lamin Kamara, 26 Pap Qey, 10 Sadio Mane, 11 Nikolas Cekson, 18 İsmaila Sarr Ehtiyat oyunçular: 1 Yevan Diuf, 23 Mori Diav, 2 Mamadu Sarr, 4 Abdulaye Sek, 14 İsmayıl Yakobs, 24 Antuan Mendi, 6 Pate Siss, 17 Pap Matar Sarr, 21 Habib Diarra, 22 Bara Sapoko Ndiay, 7 Assan Diao, 9 Bamba Dienq, 12 Şerif Ndiay, 13 İliman Ndiay, 20 İbrahim Mbaye Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin