Razılaşma o ölkələri də əhatə edəcək

“ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək”. “Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens amerikalı jurnalist Meqyn Kelli ilə müsahibəsində bildirib. O, ABŞ və İran arasında əldə olunan razılaşmanın təkcə iki ölkə ilə məhdudlaşmadığını, geniş regional təsirə malik olacağını bildirib. Vens razılaşmanı “əsl regional sülh sazişi” adlandıraraq, onun İsrail, Livan və Fars körfəzi ölkələrini də əhatə edəcəyini qeyd edib: “Bu, regional sülh razılaşmasıdır. Körfəz, İsrail və Livanı əhatə edəcək. Məqsəd budur ki, bu, əsl regional sülh razılaşmasıdır”.