Fərhad Mehdiyevin qızının vəfat etdiyi qəza anının videogörüntüləri yayılıb - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, tanınmış vəkil Fərhad Mehdiyevin ailəsində ağır faciə baş verib. Məlumata görə, hüquqşünasın 18 yaşlı qızı Zəhra motosikletlə hərəkətdə olarkən "Mercedes" markalı avtomobillə toqquşub. Bakı-Sumqayıt magistralında qeydə alınan ağır yol-nəqliyyat hadisəsi nəticəsində yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Qəzanın baş verdiyi ərazidən çəkilmiş görüntüləri təqdim edirik: ____________ Vəkillər Kollegiyasının üzvü Fərhad Mehdiyevə ağır itki üz verib. Milli.Az xəbər verir ki, tanınmış vəkilin qızı yol qəzasında dünyasını dəyişib. Hadisə bu gün Bakı-Sumqayıt yolunda baş verib. Belə ki, minik avtomobili vəkilin qızının idarə etdiyi motosikletlə toqquşub. Nəticədə 18 yaşlı qız aldığı xəsarətlərdən dünyasını dəyişib. Allah rəhmət eləsin! (E-huquq.az) Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin