Şükürbəyliyə 45 ailə köçür — Fotolar
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, bu gün Cəbrayıl rayonun Şükürbəyli kəndinə növbəti karvanlar yola salınıb. Şükürbəyliyə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə - 196 nəfər köçürülüb.

Şərh verin