Bakıda yanan şəxs xəstəxanada öldü
Bakıda yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb. “Qafqazinfo” xəbər verir ki, iyunun 15-i saat 12 radələrində ruhi xəstə olan 1985-ci il təvəllüdlü Sabunçu qəsəbə sakini F. Mustafayev yaşadığı evin həyətində yanıq xəsarətləri alıb. Üzərinə kerosin tökülməsi nəticəsində ağır dərəcəli xəsarətlər alan şəxs iyunun 16-sı saat 14 radələrində yerləşdirildiyi xəstəxanada vəfat edib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh verin