Cəlal Hüseynov "Arda"dan Rumıniya klubuna keçdi

Azərbaycan millisinin üzvü Cəlal Hüseynov karyerasında yeni səhifə açıb. Milli.Az xəbər verir ki, 23 yaşlı müdafiəçinin Rumıniya çempionatında çıxış edəcəyi məlum olub. Rumıniyanın "Petrolul" klubu futbolçunun transferini rəsmən açıqlayıb. Tərəflər arasında iki illik müqavilə imzalandığı bildirilib. Beləliklə, milli komandanın üzvü qarşıdakı mövsümlərdə Rumıniya təmsilçisinin uğurları üçün mübarizə aparacaq. Qeyd edək ki, Cəlal Hüseynov son olaraq Bolqarıstanın "Arda" klubunun formasını geyinib. Müdafiəçi bundan əvvəl də Avropada müxtəlif klublarda çıxışı ilə diqqət çəkib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)