Bakıda üzərinə kerosin tökülən 41 yaşlı şəxs xəstəxanada dünyasını dəyişdi

Bakıda ağır yanıq xəsarətləri alan şəxs xəstəxanada dünyasını dəyişib. Milli.Az xəbər verir ki, hadisə iyunun 15-də Sabunçu qəsəbəsində baş verib. Məlumata görə, 1985-ci il təvəllüdlü F.Mustafayev yaşadığı evin həyətində yanıq xəsarətləri alıb. Bildirilib ki, onun üzərinə kerosin tökülməsi nəticəsində ağır yanıq xəsarətləri yaranıb. Tibbi müəssisəyə yerləşdirilən şəxs həkimlərin səylərinə baxmayaraq, iyunun 16-da vəfat edib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)