Türkiyədə süni bulud yaradıb yağış yağdırırlar - İddia - (Video)

Sosial şəbəkələrdə yayılan maraqlı video geniş müzakirələrə səbəb olub. Milli.Az xəbər verir ki, Türkiyədə bir kənd sakini çəkdiyi görüntüləri paylaşaraq səmada gördüyü qurğunun "süni bulud aparatı" olduğunu iddia edib. O, videoda həmin qurğunun hava şəraitinə təsir göstərdiyini irəli sürüb. Paylaşım müəllifi daha sonra bu sistem sayəsində növbəti gün Adana bölgəsində güclü yağış yağacağını iddia edib. Onun səsləndirdiyi fikirlər sosial media istifadəçilərinin diqqətini çəkib. Qısa müddətdə yayılan görüntülər altında çox sayda rəy yazılıb. Videoda görünən obyektlə bağlı müxtəlif ehtimallar irəli sürüblər. Sözügedən paylaşım sosial şəbəkələrdə geniş rezonans doğuraraq maraqlı müzakirələrə yol açıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)