Sabiq Baş nazirlə müğənni sevgilisi piknikdə — Fotolar
Dünyaşöhrətli müğənni Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo paparatsilərin obyektivlərinə tuş gəliblər. “Qafqazinfo” xəbər verir ki, cütlüyün piknik zamanı çəkilmiş fotolarını “Page Six” nəşri paylaşıb. İkili Kaliforniyanın Santa-Barbara şəhərindəki parkda görüntülənib. K.Perrinin qızı Deyzi də onların yanında yer alıb. Qeyd edək ki, Perri və Trüdonun artıq bir ildən çoxdur münasibətdə olduğu bildirilir . Cütlük mütəmadi olaraq birlikdə ictimaiyyət qarşısına çıxır. Müğənninin qızının atası isə məşhur aktyor Orlando Blumdur.

Şərh verin