Azərbaycan neftinin qiyməti 82,60 dollara endi
Dünya bazarlarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində cüzi azalma qeydə alınıb. Son ticarət əməliyyatlarının nəticələrinə görə, CIF bazisi üzrə "Azeri Light" neftinin bir barelinin qiyməti 0,01 ABŞ dolları azalaraq 82,60 dollara enib. Bundan əvvəl Azərbaycan neftinin bir bareli 82,61 ABŞ dollarına satılırdı. Qeyd edək ki, "Azeri Light" markalı neft beynəlxalq bazarlarda yüksək keyfiyyətli xam neft növlərindən biri hesab olunur. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin