Bakıda avtomobildə 45 yaşlı kişinin meyiti tapıldı
Bakıda ölüm hadisəsi qeydə alınıb. Məlumata görə, hadisə Binəqədi rayonunda baş verib. İyunun 17-si saat 01 radələrində 1981-ci il təvəllüdlü Binəqədi qəsəbə sakini Zahidu Aslanovun meyiti özünə məxsus "Mercedes" markalı avtomobildə aşkarlanıb. İlkin baxış zamanı meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin