Sosial şəbəkədə qadınlara əxlaqsız təklif: "Oğlanlarla söhbət etməyə görə pul verilir" (Video)
Son günlər sosial şəbəkələrdə qadınların ödəniş müqabilində tanışlıq əlaqələri qurmasına imkan yaratdığı iddia edilən bir tətbiq geniş müzakirə olunur. Milli.Az xəbər verir ki, platformada qeydiyyatdan keçən istifadəçilər həm yerli, həm də xarici kişilərlə ünsiyyət qura bilirlər. Tətbiqdə aktivlik göstərən qadın istifadəçilərə müxtəlif bonuslar təqdim edilir. Toplanan bonusların müəyyən şərtlər daxilində maliyyə vəsaitinə çevrilə bildiyi bildirilir. Sosial şəbəkələrdə sözügedən platformanın fəaliyyət prinsipi ilə bağlı fərqli fikirlər səsləndirilir. Bəzi istifadəçilər bunu əlavə gəlir əldə etmək imkanı kimi dəyərləndirsələr də, digərləri tətbiqin etik və hüquqi tərəfləri ilə bağlı tənqidlər edirlər. Mütəxəssislər isə vətəndaşlara bu cür platformalarda qeydiyyatdan keçməzdən əvvəl diqqətli olmağı tövsiyə edirlər. Məsələni araşdırmaq üçün həmin tətbiqin nümayəndəsinə anonim olaraq sorğu göndərdik. Özünü tanışlıq tətbiqinin nümayəndəsi kimi təqdim edən şəxs isə sözügedən tətbiqdə azərbaycanlı və türkiyə kişilərlə ünsiyyət qurmaq müavilində əlavə bonus ödənişlər təklif etdi. Həmin səsyazısını təqdim edirik: View this post on Instagram A post shared by Jurnalist Adam (@jurnalistadam)

Şərh verin