Dünən kiçik toyu olan ingilis Azərbaycanda evləndi - Eldəniz təbrik etdi - (Video)

Bakıda baş tutan beynəlxalq nikah mərasimi sosial şəbəkələrdə maraqla qarşılanıb. Milli.Az xəbər verir ki, pakistanlı xanımla Böyük Britaniya vətəndaşı olan bəyin toy mərasimi paytaxtda keçirilib. Cütlüyün ailə qurması ilə bağlı görüntülər qısa zamanda diqqət çəkib. Bu barədə məlumatı müğənni Eldəniz Məmmədov paylaşıb. Onun sözlərinə görə, xarici vətəndaş olan bəy ailə həyatı qurmadan əvvəl islam dinini qəbul edib. Sənətçi daha sonra yeni evlənən cütlüyün toy mərasimindən görüntüləri izləyicilərlə bölüşərək onlara xoşbəxtlik arzulayıb. Fərqli ölkələrdən olan iki gəncin Bakıda qurduğu ailə sosial media istifadəçiləri arasında maraqlı müzakirələrə səbəb olub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)