Brent 79 dolları keçdi: Dünya birjalarında son neft qiymətləri

Qlobal enerji bazarlarında neft qiymətlərində artım müşahidə olunur. Milli.Az xəbər verir ki, son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan Brent markalı neftin bir barreli 79,16 dollara yüksəlib. ABŞ-ın yüngül xam nefti (WTI) isə 76,01 dollardan satılır. Analitiklər neft bazarındakı qiymət dəyişikliklərini qlobal tələbat, geosiyasi proseslər və istehsal həcmləri ilə əlaqələndirirlər. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)