Andrade “Qarabağ”ı tərk etdi

Daha bir futbolçu "Qarabağ"dan ayrılıb. Milli.Az Sportinfo.az-a istinadən xəbər verir ki, Kevin Medinanın ardınca Leandro Andrade də komandanı tərk edib. 26 yaşlı vinger daha yaxşı maliyyə şərtlərinə görə iş yerini dəyişmək qərarına gəlib. O, karyerasını Avropada davam etdirəcək. Həm özü yaxşı qazanacaq, həm də transferə görə "Qarabağ"a qazandıracaq. "Qarabağ"ın yaxın saatlarda ayrılıq xəbərini bəyan edəcəyi gözlənilir. 2022-ci ilin yanvar ayından "köhlən atlar"ın şərəfini qoruyan Leandro bütün turnirlərdə 213 oyunda meydana çıxmaqla yanaşı, 60 qol vurub və 61 qolun ötürməsini verib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)