Süni göldə boğularaq öldü

Xaçmaz sakini göldə boğularaq ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 18-i saat 17 radələrində rayonun Manafoba kəndində baş verib. 1976-cı il təvəllüdlü Hacıbaba Mustafayev həyətindəki süni suvarma gölünə düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq təhvil verilib. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.