Bakıdan Pirşağıya gedən sürət qatarında ləngimə olub - Yenilənib

Bakıdan Pirşağıya gedən sürət qatarının xarab olması məsələsinə aydınlıq gətirilib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. "Texniki məsələ ilə əlaqədar Bakı-Sumqayıt qatarı 12 dəqiqə gecikmə ilə yola düşüb", - məlumatda qeyd olunub. -------- Bakıdan Pirşağıya gedən sürət qatarı xarab olub. Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, sərnişinlər düşürülərək 18:30-da hərəkət edən qatara mindiriliblər. Nəticədə qatarda sərnişin sıxlığı yaranıb. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)