Lionel Messi barədə yalan xəbər yayan tanınmış aparıcı işindən ayrıldı
Argentinada teleaparıcı Florensiya Penya yalan məlumat yaydıqdan sonra üzr istəyib və çalışdığı kanaldakı vəzifəsindən istefa verib. Məlumata görə, "Luzu TV" kanalında yayımlanan "El Show del Verano" proqramı zamanı aparıcı Lionel Messi ilə bağlı yanlış xəbər səsləndirib. O, efirdə Lionel Messinin atasının vəfat etdiyini iddia edib və futbolçunun Dünya Çempionatının ortasında geri dönəcəyini bildirib. Sonradan məlumatın doğru olmadığı ortaya çıxıb və aparıcı iyunun 18-də rəsmi açıqlama yayaraq üzr istəyib. O, səhvin canlı yayım zamanı ona təqdim edilən yoxlanılmamış məlumatdan qaynaqlandığını bildirib. Florensiya Penya məsuliyyəti üzərinə götürdüyünü vurğulayaraq "Luzu TV"dəki işindən ayrıldığını açıqlayıb və Messinin ailəsindən üzr istəyib. Hadisə media mühitində geniş rezonans doğurub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin