Rusiya-NATO toqquşması qarşılıqlı nüvə zərbələrinə çevrilə bilər
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə zərbələrinə çevrilə bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ukrayna, Avropa və qlobal təhlükəsizlik” sərlövhəli məqaləsində yazıb. S.Lavrov bu vəziyyətin qlobal təhlükəsizlik üçün fəlakətli fəsadlara səbəb ola biləcəyini vurğulayıb. “Avropada nüvə sahəsi də daxil olmaqla, güc potensialının ciddi möhkəmlənməsi baş verir”, - XİN rəhbəri bildirib. O, Fransanın bir neçə Avropa İttifaqı və NATO ölkəsinə “nüvə çətiri” təqdim etmək planlarına diqqət çəkib: “Bu, nə Fransanın özünün, nə də ondan “yardım” alanların təhlükəsizliyinin gücləndirilməsinə gətirib çıxaracaq”. XİN rəhbərinin sözlərinə görə, Avropa ölkələri 2030-cu ilə qədər Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətindədirlər. “Vahid Avropa genişlənmə xülyaları görməyə davam edir, Ukraynanı və Moldovanı mənimsəmək niyyətindədir, Ermənistanı öz orbitinə çəkir. NATO Finlandiyanı və İsveçi udaraq Şərqə doğru genişlənib”, - nazir qeyd edib.

Şərh verin