Xəzər rayonunda açıq sahə yanır
Bakının Xəzər rayonunda açıq sahədə yanğın qeydə alınıb. Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri göndərilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğının səbəbi və dəymiş ziyanla bağlı məlumat verilməyib. FHN bildirib ki, hadisə ilə bağlı əlavə məlumat ictimaiyyətə təqdim olunacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin