Qızının yazdığı məktub müğənni Ramalı ağlatdı - (Video)

Müğənni Ramal İsrafilov kövrək anlar yaşayıb. Milli.Az xəbər verir ki, sənətçi qızının onun üçün yazdığı ad günü təbrik məktubunu oxuyarkən duyğularına hakim ola bilməyib. Övladının səmimi və təsirli sözləri Ramal İsrafilovu göz yaşlarına boğub. Görüntülərdə müğənninin məktubu oxuduqca kövrəldiyi, hisslərini gizlətməkdə çətinlik çəkdiyi əks olunub. Qızının ürəkdən yazdığı təbrik isə həm sənətçini, həm də izləyiciləri duyğulandırıb. Paylaşılan kadrlar sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər ata və qız arasındakı sevgi dolu münasibəti yüksək qiymətləndirərək çoxsaylı xoş rəylər yazıblar. Ramal İsrafilovun yaşadığı emosional anlar qısa müddətdə geniş yayılıb və sosial mediada müzakirə mövzusuna çevrilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)