Kral və qızı hərbi təyyarə idarə etdi — Video

İspaniya Kralı VI Filip taxt-tacın varisi olan qızı, Asturiya şahzadəsi Leonorla birlikdə “Pilatus PC-21” təyyarələrində uçuş həyata keçirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniya kral sarayının Mətbuat xidməti məlumat yayıb. Şahzadə Leonorun 3 illik hərbi təhsilini başa vurması münasibətilə baş tutan uçuş zamanı təyyarələri monarx və qızı idarə edib. “Asturiya şahzadəsi hərbi təhsilini başa vurduqdan sonra III Karl adına Madrid Universitetində “Politologiya” ixtisası üzrə təhsil alacaq”, - məlumatda deyilir. Şahzadə Leonor daha əvvəl də analoji uçuşlar həyata keçirsə də, bu VI Filipin taxt-tacın varisi ilə ilk birgə uçuşudur. Qeyd edək ki, daha əvvəl 20 yaşlı Leonor həmçinin paraşüt hazırlığı kursunu başa vurub, mayın əvvəlində isə şahzadə “F-5” qırıcısında ilk uçuşunu həyata keçirib.