Mahir Emreli Kiprin klubunun təklifini qəbul etmədi
Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin kayrerasını Kiprin APOEL komandasında davam etdirmək variantı olub. Milli.Az report -a istinadən xəbər verir ki, Nikosiya təmsilçisi 28 yaşlı hücumçunu heyətinə qatmaq üçün təklif də göndərib. Forvard özü bu klubda oynamaq istəməyib. Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri də dəyərləndirir. Xatırladaq ki, Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin