İranla danışıqlar yenidən canlanır — Trampın nümayəndələri İsveçrəyə getdi
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff İranla mümkün nüvə sazişi üzrə danışıqların keçirilməsi gözlənilən İsveçrəyə yollanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ rəsmisi “Axios” portalına bildirib. Qeyd edilib ki, Trampın digər nümayəndəsi Cared Kuşner artıq İsveçrədədir. Məlumata görə, ABŞ və İran arasında keçirilməsi planlaşdırılan danışıqların cümə günü başlaması nəzərdə tutulsa da, Livanda İsrail və “Hizbullah” arasında yenidən alovlanan gərginlik səbəbindən təxirə salınıb. Danışıqların yeni tarixinin müəyyən edilib-edilmədiyi hələlik açıqlanmayıb. Mənbənin sözlərinə görə, ABŞ və İran arasında əsas vasitəçilərdən biri olan Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani də cümə günü İsveçrəyə səfər edib. Qeyd edək ki, ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vensin rəhbərlik edəcəyi gözlənilsə də, o, səfərini cümə axşamı gecəsi son anda təxirə salıb. Vensin həftəsonu İsveçrəyə gedib-getməyəcəyi isə hələlik məlum deyil.

Şərh verin