Türkiyə üçün DÇ erkən bitdi — Video - Yenilənib
Türkiyə millisinin dünya çempionatında növbəti oyunu keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, onlar qrup mərhələsinin ikinci turunda Paraqvay ilə üzləşəcəklər. Matç sabah Bakı vaxtı ilə saat 07:00-da oynanılacaq. Qeyd edək ki, “ay ulduzlular” ilk turda Avstraliyaya 0:2 hesabı ilə uduzmuşdular. *** Milli komandalar matça aşağıdakı start heyətlə çıxacaq: Türkiyə: Uğurcan Çakır, Mert Müldür, Merih Demiral, Abdülkerim Bardakcı, Ferdi Kadıoğlu, İsmail Yüksek, Hakan Çalhanoğlu, Yunus Akgün, Arda Güler, Kenan Yıldız, Kerem Aktürkoğlu. Paraqvay: Gill, Cacares, Gustavo Gomez, Alderete, Alonso, Diego Gomez, Cubas, Almiron, Galarza, Enciso, Pitta. *** Matç başladı. *** Galarza 2-ci dəqiqədə komandasını önə çıxarır. *** Paraqvayın heyətindən Migel Almiron 45+3-cü dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk edir. Buna səbəb onun Mert Müldürlə danışarkən ağzını bağlaması olub. FIFA-nın yeni qaydalarına əsasən bu davranış qadağandır. Almiron bu zəmində qırmızı alan ilk futbolçu oldu. *** İlk hissə bitdi. *** İkinci hissə başladı. *** Matç başa çatdı. Türkiyə bu oyunda da uduzmaqla Dünya Çempionatı ilə vidalaşdı.

Şərh verin