Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı açıqlandı

Dövlət İmtahan Mərkəzinin (DİM) 2025-ci il üzrə 9-cu sinif buraxılış imtahanlarının təhlili narahatedici nəticələri üzə çıxarıb. Milli.Az xəbər verir ki, "Abituriyent" jurnalının 12-ci sayında dərc olunan məlumata görə, imtahan verən şagirdlər arasında 6 nəfərin oxuyub-yazma bacarığının olmadığı müəyyən edilib. DİM qeyd edib ki, bu rəqəm real vəziyyəti tam əks etdirməyə bilər. Belə ki, imtahan rəhbərlərinin əksəriyyəti bu halları protokollarda qeyd etmədiyindən, oxuyub-yaza bilməyən şagirdlərin sayının daha çox olduğu ehtimal edilir. Məlumata əsasən, belə şagirdlər Gəncə şəhərində, eləcə də Balakən rayonu, Beyləqan rayonu, Ağsu rayonu, Zərdab rayonu və Suraxanı rayonu rayonlarının hər birində 1 nəfər olmaqla qeydə alınıb. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)