Masazırda 4 yaşlı uşağı motosiklet vurub öldürdü

Abşeronda yolda oynayan azyaşlını motosiklet vurub. “Qafqazinfo” xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, 19 yaşlı Fuad Babaşov motosikletlə hərəkətdə olarkən qəfil qarşısına çıxan 4 yaşlı Atilla Bağırovu vurub. Ağır xəsarət alan uşağın həyatını xilas etmək mümkün olmayıb. Faktı prokurorluq araşdırır.