Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb
Füzuli rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Milli.Az apa -ya istinadən xəbər verir ki, hadisə Qayıdış-9 qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2011-ci il təvəllüdlü F.Hüseynov su kanalında çimən zaman boğularaq həyatını itirib. Hadisənin səbəbləri araşdırılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin