Neftçi PFK heyətini braziliyalı oyunçu ilə gücləndirdi

"Neftçi" yeni mövsüm üçün növbəti transferini həyata keçirib. Milli.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb. "Ağ-qaralar" braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda ilə anlaşıb. 26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək. Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edib. O, sonuncu klubu "Santa Klara"nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)