15 yaşlı oğlan kanalda boğuldu

Füzuli rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğulub. “Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün Qayıdış-9 qəsəbəsində baş verib. Belə ki, 2011-ci il təvəllüdlü F.Hüseynov qəsəbənin ərazisindəki su kanalında çimərkən boğulub. Faktla bağlı araşdırma aparılır.