Rusiya Zaporojyeyə hücum etdi - ölən və yaralananlar var

Rusiyanın Ukraynanın Zaporojye vilayətinə hücumu nəticəsində dörd nəfər həlak olub, altı nəfər yaralanıb. Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov "Telegram" kanalında yazıb. "Təəssüf ki, dörd nəfər həlak olub, altı nəfər yaralanıb. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir", - o açıqlayıb. Fyodorovun sözlərinə görə, Rusiya qoşunları vilayətin mərkəzinə doqquz aviabomba atıb. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)